Xoş gəldiniz

Sizi burada görməkdən şadıq

Wednesday, September 21, 2011

14 sentyabr 2011 gece 04.58


Bakını sevmirəm,orada aristokrat çoxdu,məcburam özümü süni aparım.Özüm ola bilmirəm çünki mənə alçaldıcı baxışlarla baxırlar ya da mən belə hiss edirəm.Bu məni narahat edir sıxılıram,rahat hərəkət edə bilmirəm.Onlar kimi davranmaq istədikdə isə ya üzümə-gözümə bulaşdırıram ya da özüm nəyisə sehv etdiyimi düşünürəm.Sıxılıram tez oradan uzaqlaşmaq istəyirəm.Özüm olmaq istəyirəm.Özüm ola biləcəyim yerə qaçmaq isteyirəm.Niye beledi?Özümü niyə aşağı təbəqənin insanı kimi görürəm?Niyə məhz mən artstlik edib başqaları kimi davranmalıyam?Böyüdüyüm şərait mi məni bu cür edib?Uşaqlıqdan bələyəm,olduğum  çevrəyə uyuşmağa çalışmışam digər insanların məni olduğum kimi qəbul etməsini gözləmədən(onların əsl “mən” I bəyənməyəcəyi də bir reallıqdır).Hər kəsin gözündə ən yaxşı olmağa çalişmışmışam.Əlimdən gələni etmişəm,daha doğrusu nə deyiblərsə onu etməklə buna nail olacağımı sanmışam.Evdə ailəm nə deyibsə etməsəm,məktəbdə müəllimlər nə deyibsə və s. ancaq olmuyub,bacarmamışam.Etdiklərimlə onların beynini aldatsam da qəlblərinə yol tapa bilməmişəm.Qəlbləri anlayıb,sezib mənim süniliyimi.İndi də bilmirəm bu istəyimə necə nail olacağımı.Doğrusu heç vecimə də deyil,artıq digər insanlar mənimcün o qədər də maraqlı deyil.İnsanlara(vaxtilə ən çox sevdiyim insanlar da daxil) bir vasitə kimi baxıram.Məni xoşbəxt edəcək,həyatımı dəvam etdirmək üçün lazım olan bir vasitə.Ancaq onlar haqqında bu cür düşünməyimə baxmayaraq onlar arasında hələ də tam sərbəst deyiləm.Yenə süni aparıram özümü.Ola bilsin ki, bu məndə artıq alışqanlıq halını alıb(nə qədər bu sual məni tətmin etməsə də).Süniyəm.Ola bilsin ki,həyatımı dəvam etdirmək üçün mənə lazim olacaq bu vasitələri itirməkdən qorxuram,onların gözündən düşməkdən.Ancaq çoxları da bu cür hərəkət edir çoxları öz içindən gələn kimi hərəkət etmir onlarda qorxurlar.halbuki hər kəs səmimi olmağın tərəfindədir.Bəlkə hər kəs qarşısındakının sərbəst olmağını gözləyir ki,özündə də cəsarət tapa bilsin dürüst olmağa,bir qığılcıma ehtiyac duyur özü olmaq üçün.Bütün insanlığı itirəcəyini bildiyi halda kimsə semimi ola biler?(Əminəm ki,çoxlarının öz içindən keçənləri hayqirmağa hazır olduğu zamanlar olub,amma nedense bu anlarda haradasa bikef ve tenha olmuşuq).Və mən məcburam ikiüzlülük edim.Öz içimdən gələn kimi hərəkət etmirəmsə bu ikiüzlülükdü.Əgər kiminsə düzgün  hərəkət etmədiyini üzünə deyə  bilmirəmsə ikiüzlüyəm,əgər  ətrafımdakı insanların  99%-nin(içi mən qarışıq) yalançı olduğunu hayqıra bilmirəmsə deməli yalançıyam.Öz düşündüyüm  şeylərin başqaları tərəfindən 100% qəbul edilməyəcəyini bilsəm də, rədd cavabı alacağımı bilsəm də bunların olmaması üçün öz içimdən keçənləri gizlədirəmsə mən ikiüzlüyəm.Ancaq bir sual həmişə ağlımı qurcalayayır.Dostoyevskinin “Gülməli adamın yuxusu” adlı hekayəsində soruşduğu sual-“Görəsən əvvəllər Marsda yaxud Ayda yaşasaydım ve orada yalnız qorxulu yuxularda təsəvvür edilə biləcək işlər görsəydim,buna görə də orada söyülüb rüsvay olsaydım,bundan sonra Dünyaya qayıdıb etdiklərimin yanlış olduğunu idrak etsəydim bundan başqa oraya bir daha qayıtmayacağımı bilsəydim,buradan həmin planetə baxanda mənə fərqi olardı ya yox?”-orada etdiyim hərəkətlər ücün utanardım mı görəsən?açıq danışaq da  mən ora bir daha qayıtmayacam və burada mənimlə yaşayan insanların da bundan  heç vaxt xəbəri olmayacaq mən nə üçün vicdan əzabı çəkim ki?nədən və yaxud kimdən utanım?Ancaq öz-özlüyümdə səmimi olsam görürəm ki,yox utanardım.Utanardım.Səbəbini tam olaraq özüm də bilmirəm.Ola bilsin hər dəfə o planetə uzaqdan baxanda o hadisələrlə birlikdə o insanları da real həyatdaymışam kimi xəyal edirəm,onları yanımda hiss edirəm və etdiyim hərəkətlərin  səhv oldğunu artıq anladığım üçün utaniram.Xəyalımın içində yanlış hərəkət etdiyim insanların mənə əvvəllər etdiyi yaxşılıqları xatırlıyıram.Əsas etibarı ilə mənə nə vaxtsa yaxşılıq etmiş,yaxşı davranmış insanlara görə utanıram.Həmin an kəşkə onlar əvvəl mənə yaxşılıq etməsəydi deyirəm.Budur özümə verdiyim cavab ola bilsin ki, budur utanmağımın səbəbi.Nə bilim bəzi hisslərim var ki,onların səbəbini ya açıqlamaqda çətinlik çəkirəm ya da ki, buna heç nail də ola bilmirəm.Bələ utandığım zamanlarda xəyalımda bir insan yaradıram.Bu çox vaxt ya yaxınlarımdan mənə həmişə yaxşı davranmış biri ya da əvvəllər heç üzünü görmədiyim biri olur.Ona etdiyim bu yanlış hərəkəti hansı şəraitdə etdiyimi nəyi nə üçün etdiyimi açıqlayıram,o sual verir mən cavablayıram.Bu özünü təmizə çıxarma deyil mən yaratdığım xəyalla sırf rahatlamaq üçün bəzi qaranlıq məqamları,ola bilsin ki digər insanların da səhv olduğu nöqtələri açıqlamaq üçün danışıram.Bunu real bir insanla edə bilmərəm məncə,çünki o xəyalımdakı insanın verdiyi sualları verə bilməyəcək.Çünki o tamı-tamına mənim kimi düşünə bilməz,məni hansı suallara cavab verməyin rahatladacağını bilə bilməz.Buna görə özüm də bilmədən çarə tapmışam özümə.Bu cür rahatlıyıram.Evvelcə etdiyim pis(meni incidən) hadisələri xatirlayıram olanları yenidən canlandırıram,özümə  əzab verirəm daha sonar isə kiminləsə(öz yaratdığım xarakterlə) danışaraq rahatladıram özümü.Tam olaraq xoşbəxtsə hələ ola bilməmişəm.Belə bir şeyin varlığı da mənim üçün sual altındadir,amma,hər halda özümü aldatmağın yolunu tapmışam(bunun fərqində olsam da).