Xoş gəldiniz

Sizi burada görməkdən şadıq

Sunday, April 24, 2011

Başlanğıc

Blogu açdım.Məqsədim içimdə olan və heç kəslə paylaşmaq istəmədiyim düşüncə və peşmanləqlarımı yazmaqdır.Məncə hər kəsdə bu cür ehtiyac var sadəcə hərə bu ehtiyacını fərqli bir şəkildə tətmin edir.Mən bu yolu seçdim.Ümid edirəm ki,peşman olmayacam və istəyimə-düşündüklərimi yazaraq rahatlamağa nail olacam.Bəzən özümə çox hirslənirəm.Niyə bu qədər çox səhv qərarlar alıram?Niyə düşündüklərimi ifadədə çətinlik çəkirəm?Bu görəsən mənim zəifliyimdən qaynaqlanır ya bu cür yetişdiyimə görə?Bilmirəm və ən pisi buna cavab da tapa bilmirəm.Həyatda hər şey qarşılıqlıdır yoxsa biz bunun bu cür olmasını istəyirik?Dünya dağılsa bunun mənim üçün yaxşı olacağını düşünməyim normaldır?
Heç kəs normal deyil.Məncə mənim anormallığım bu cür gic-gic şeylər düşünməmdi.Dəyəsən heç də yaxşı bir başlanğıc olmadı.....Neyləyim?digər postların yaxşı olmasını ümid edirəm.

No comments:

Post a Comment